• Qərb
  • 4 Dekabr 18:52
  •  1 219

Danimarkada xarici bayraqların dalğalanmasını məhdudlaşdıran qanunla bağlı qərar açıqlanıb

Danimarka parlamenti 2025-ci il yanvarın 1-dən ölkədə xarici dövlətlərin bayraqlarının dalğalanmasını məhdudlaşdıran yeni qanunla bağlı qərarını verib.

Hadisə ilə bağlı təfərrüatlar "The Local" qəzetində dərc olunub.

Xəbərə görə, ədliyyə naziri Peter Hummelqaard verdiyi yazılı açıqlamada sözügedən qanunun parlament tərəfindən qəbul edildiyini bildirib.

Hummelqaard yeni inkişaf haqqında belə danışdı:

Mən məmnunam ki, Parlament Danimarkada bayraqların nümayişi qaydalarında islahatlar aparıb ki, bir qayda olaraq, yalnız milli bayrağın dalğalanmasını təmin etsin.

Danimarka bayrağının ölkənin ən mühüm milli simvolu olduğunu vurğulayan Hummelqaard, "Bayraq danimarkalıları bir xalq olaraq birləşdirir və xüsusi statusa malik olmalıdır",- deyə qeyd edib.

BƏZİ BAYRAQLAR İSTİSNA EDİLİR

Sözügedən hüquqi tənzimləmədə Finlandiya, Farer adaları, Qrenlandiya, İslandiya, Norveç, İsveç və Almaniyanın, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı (Aİ) kimi regional və ya beynəlxalq təşkilatların bayraqları istisna edilib.

Mövsüm

AzNews.az