• Qərb
  • 6 Dekabr 09:47
  •  3 030

ABŞ 2025-ci il yanvarın ortalarına qədər Kiyevə əlavə hərbi yardım vəd edib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri ilə görüşdə ona 2025-ci ilin ortalarına qədər əlavə hərbi yardım və dəstək vəd edib.

Bu barədə "Guardian" qəzeti məlumat yayıb.

“Sullivan Ukraynaya yanvarın ortalarına qədər yüz minlərlə əlavə artilleriya mərmisi, minlərlə raket və yüzlərlə zirehli texnika təqdim edəcəyinə söz verdi. Birləşmiş Ştatlar həmçinin Ukrayna ərazisindən kənarda yerləşən obyektlərdə yeni qoşunların hazırlanmasını təklif edərək, kadr problemlərinin həllində Ukraynaya dəstək göstərəcəyini vəd edib”, - nəşr yazır.

Bildirilib ki, bu yolla Amerika hakimiyyəti münaqişənin “gələcək həlli üçün zəmin yaratmağa”, habelə “Ukraynanın danışıqlar masası arxasında mövqeyini gücləndirməyə” cəhd edə bilər.

Mövsüm

Aznews.az