- Qərb
- 6 Dekabr 21:28
- 3 832
Kanada XİN Arktikada yeni xarici siyasət strategiyasının başlandığını elan edib
Kanadanın xarici işlər naziri Mélanie Joly yeni Arktika Xarici Siyasətinin (AFP) başladığını elan edib.
Bu barədə Kanada hökumətinin saytında məlumat verilib.
“Bir çox ölkələr, o cümlədən qeyri-Arktika dövlətləri Arktika məsələlərində daha böyük rol oynamağa çalışır. Regionda dəyişən təhlükəsizlik və siyasi reallıqlar o deməkdir ki, bizim milli maraqlarımızı inkişaf etdirmək və sabit, firavan və təhlükəsiz Arktikanı təmin etmək üçün yeni yanaşmaya ehtiyacımız var”, - deyə Coli bildirib.
Kanadanın diplomatik strategiyasının "cari ehtiyacları həll etmək üçün tərəfdaşlıq" və "gələcək çağırışlara uyğunlaşmaq üçün çeviklik" təmin edəcəyi vurğulanır.
Mövsüm
Aznews.az