- Qərb
- 7 Dekabr 2024 21:36
- 4 443
ABŞ məhkəməsi Çindən TikTok-u satmağı tələb edib

ABŞ-da məhkəmə Çinin ByteDance şirkətinə TikTok satmaqla bağlı qərar çıxarıb. Əks halda bu sosial şəbəkə qadağan olunacaq.
Azpost.info bildirir ki, bu barədə Reuters məlumat yayıb.
Federal apellyasiya məhkəməsi Çinin ByteDance şirkətinin TikTok-u yanvarın 19-dək satmasını tələb edən qanunu təsdiqləyib. Əks halda, prezident Bayden tətbiqin qadağan edəcək.
ByteDance qərardan Ali Məhkəməyə şikayət etməyi planlaşdırır.