- Qərb
- 12 Dekabr 15:28
- 3 144
Donald Tramp Çin prezidenti Si Cinpini andiçmə mərasiminə dəvət edib
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də hazırkı prezident Co Baydendən vəzifəsini almağa hazırlaşır.
Andiçmə mərasimi üçün hazırlıqlarını davam etdirən Tramp qonaqlarına maraqlı ad da əlavə edib.
Bildirilib ki, Tramp bir çox regional və beynəlxalq məsələlərdə münaqişəsi olduğu Çin sədri Si Cinpini mərasiminə dəvət edib.
Çin sosial media platforması TikTok-un satışı və ya qadağan edilməsini tələb edən qanun 2025-ci il yanvarın 19-da qüvvəyə minməyi ilə bərabər, Trampın çinli həmkarı Cinpini dəvət etməsi maraqla qarşılanıb.
2025-ci il yanvarın 20-də prezident səlahiyyətlərini icra edəcək
Cinpinin Trampın dəvətini qəbul edib-etməməsi ilə bağlı hələlik heç bir açıqlama yoxdur.
Mərasimə Macarıstanın baş naziri Viktor Orbanın da dəvət edildiyini açıqlayan Trampın keçid komandası Orbanın mərasimə qatılıb-qatılmamağı düşündüyünü bildirib.
Tramp administrasiyasında Ağ Evin sözçüsü vəzifəsini icra edəcək Karolin Leavitt verdiyi açıqlamada, “Dünya liderləri prezident Trampla görüşmək üçün sıraya düzülürlər, çünki bilirlər ki, onun tezliklə hakimiyyətə gələcəyini və Amerika gücü ilə bütün dünyada sülhü bərpa edəcəyini bilirlər",- deyə qeyd edib.
Birləşmiş Ştatlarda keçirilən andiçmə mərasiminə tez-tez səfirlər və diplomatlar dəvət edilsə də, 1874-cü ilə aid qeydlər göstərir ki, əvvəllər heç bir xarici lider andiçmə mərasimində iştirak etməyib.
Mövsüm
Aznews.az