- Qərb
- 17 Dekabr 15:29
- 1 585
Meloni: Aİ Rusiya Federasiyasına qarşı 16-cı sanksiyalar paketini hazırlayır
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlamağa başlayıb.
Bu barədə İtaliyanın baş naziri Giorgia Meloni məlumat verib.
"Biz bu yaxınlarda 15-ci sanksiyalar paketinin qəbulunu dəstəklədik və 16-cı paket hazırda hazırlanır" deyə o, Aİ-nin qarşıdan gələn sammiti öncəsi İtaliya parlamentinin Deputatlar Palatasında çıxışı zamanı bildirib.
Qeyd edək ki, Aİ sammiti dekabrın 18-19-da Brüsseldə keçiriləcək.
Mövsüm
Aznews.az