• Qərb
  • 17 Dekabr 22:22
  •  1 996

Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb

Almaniya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb.

Bu barədə Bild qəzeti yazıb.

Nəşr qeyd edir ki, şənbə günü (dekabrın 14-də) Almaniya Daxili İşlər Nazirliyinin saytına kiberhücum olub. Nəticədə səhifə bir neçə saat ərzində əlçatan olmayıb.

"Federal İnformasiya Texnologiyaları Mərkəzinin (ITZ) təhlili göstərdi ki, Daxili İşlər Nazirliyinin saytının qısa müddət ərzində əlçatmaz olmasının səbəbi DDoS hücumu olub", - departamentin nümayəndəsi bildirib.

Mövsüm

Aznews.az