- Qərb
- 17:14
- 1 046
ABŞ polisi xalqa meymunların küçələrdə gəzməsinə qarşı xəbərdarlıq edib

ABŞ-də polis qüvvələri ölkədə yaşayanlara qəribə xəbərdarlıq edib.
Florida polisi küçədə dolaşan meymunlarla bağlı çoxlu xəbərlər aldığını açıqlayıb.
İCTİMAİYYƏTƏ MEYMUNLARA QARŞI XƏBƏRDARLIQ OLUNUB
Xəbərdarlıqlardan sonra açıqlama verən polis meymunlarla təmasda olmamaq və onları tutmamaq üçün ictimaiyyətə xəbərdarlıq edib.
Açıqlamada meymunların insanlara zərər verə biləcəyi və ya xəstəlik daşıya biləcəyi bildirilib.
Polis əhalidən ərazidə meymunla rastlaşdıqda kömək üçün Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasına (FWC) müraciət etmələrini xahiş edib.
Qeyd edək ki, Floridada vəhşi meymunların qidalanması FWC tərəfindən 2017-ci ildən qadağan edilib.
Mövsüm
Aznews.az