- Qərb
- 17:20
- 1 073
Şotlandiyada dövlət işçilərinə "WhatsApp" -dan istifadə qadağan edilib
Şotlandiya hökuməti əməkdaşları üçün bəzi mesajlaşma proqramlarını qadağan etmək qərarına gəlib.
İngiltərənin rəsmi koronavirus araşdırması siyasətçilərin Meta-ya məxsus WhatsApp-dan necə istifadə etməsi ilə bağlı gərgin müzakirələrə səbəb olmuş və məsələ ilə bağlı araşdırma başladılmışdı.
Aparılan araşdırmalar çərçivəsində dövlət idarəçilərinin və əməkdaşlarının təhqiramiz məzmunlu mesajları üzə çıxıb.
Hökumətin bu proqramların istifadəsi ilə bağlı siyasətinin nəzərdən keçirilməsindən sonra gələn ildən bütün "korporativ olmayan mobil mesajlaşma proqramları" rəsmi cihazlardan silinəcək.
Bildirilib ki, qadağa “WhatsApp”, “Signal” və “Facebook Messenger” kimi rəsmi dövlət kommunikasiyaları üçün istifadə edilməyən bütün mesajlaşma proqramlarını əhatə edəcək.
Mövsüm
Aznews.az