Demokrat Jayapal: Elon Musk ABŞ-nin kölgə prezidentidir

ABŞ Demokrat Partiyasının üzvləri hesab edirlər ki, amerikalı milyarder İlon Mask kölgə prezident, seçilmiş Amerika lideri Donald Tramp isə onun vitse-prezidentidir.

Bu barədə "HuffPost" qəzeti məlumat yayıb.

Materialda bildirilir ki, Maskın Tramp üzərində üstünlüyü ideyası dekabrın 18-də sahibkar hökuməti maliyyələşdirmək üçün qanun layihəsini müzakirə etdikdən sonra ortaya çıxıb və Tramp susub.

“Kimin məsul olduğu aydındır və bu, seçilmiş prezident Donald Tramp deyil. Kölgə prezident İlon Mask bütün günü respublikaçıları incitməklə keçirdi, qanun layihəsini öldürdü və yalnız bundan sonra Tramp da eyni addımı atdı”, - deyə deputat Pramila Jayapal bildirib.

Mövsüm

Aznews.az