Bayden 37 nəfərin edamını ləğv edib

ABŞ prezidenti Co Bayden 40 federal məhbusdan 37-nin edamını ləğv edib və cəzanı ömürlük həbslə əvəzləyib.

Müvafiq qərar Ağ Evin saytında dərc olunub.

“Bu gün prezident Bayden federal ölüm hökmündə olan 37 nəfərin cəzasını dəyişdirdiyini açıqladı. Bu şəxslərin cəzaları şərti olaraq azadlığa buraxılmamaq şərti ilə ömürlük həbslə əvəzlənəcək”, - deyə məlumatda bildirilir.

Məlumdur ki, cəzası yüngülləşdirilənlər arasında polis və hərbi qulluqçuların qətliamında təqsirli bilinən cinayətkarlar, silahlı bank quldurluğu və narkotik alveri iştirakçıları var.

Mövsüm

Aznews.az