- Qərb
- 25 Dekabr 16:58
- 1 247
Donald Tramp: Biz ölüm hökmlərini tətbiq etməyə davam edəcəyik
Donald Tramp Amerikanın yeni prezidenti vəzifəsinə başlamazdan əvvəl bəzi açıqlamalar verib.
Bu izahatlardan biri ölüm hökmü ilə bağlıdır...
Tramp Baydenin ölüm hökmündə olan bəzi məhbusların cəzalarını yüngülləşdirmək qərarına reaksiya verib və vəzifəyə gəldikdən sonra bu qərarları dəyişdirməyəcəyini vurğulayıb.
“BU MƏNASIZ QƏRARDIR”
“Truth Social” sosial şəbəkəsində verdiyi açıqlamada Tramp Baydenin ölüm hökmündə olan 37 məhbusun cəzasını ömürlük həbslə əvəzləməsinin qəbuledilməz olduğunu bildirib və bunun qurbanların ailələrinə hörmətsizlik olduğunu müdafiə edib.
Tramp, " Co Bayden ölkəmizin 37 ən pis qatilinin ölüm hökmünü yüngülləşdirdi. Onların hər birinin törətdiyi cinayətləri eşidəndə onun bu qərarı necə verdiyinə inanmayacaqsınız. Bu, mənasız bir qərardır. Qurbanların yaxınları və dostlar bunun baş verdiyinə inana bilmirlər",- deyə qeyd edib.
Mövsüm
Aznews.az