• Qərb
  • 25 Dekabr 20:34
  •  1 045

Ukrayna bir il ərzində təbii qaz ixracı üçün “sıfır kvotalar” tətbiq edib

Ukrayna hakimiyyəti bir il ərzində təbii qaz, kömür, duz və qızılın ixracı üçün “sıfır kvotalar” tətbiq edib.

Bu barədə rəsmi hökumət portalı məlumat yayıb.

Yeni tənzimləmənin bir hissəsi olaraq, məhdudiyyətlər odun, termal kömür və tullantılar və ya qiymətli metal qırıntılarına da təsir edib.

Bundan əlavə, Ukrayna hökuməti kokslaşan kömürün ixracı üçün 1,3 milyon ton və mazut üçün 400 min ton həcmində kvota müəyyən edib. Buğda, qarğıdalı, günəbaxan tumları, şəkər, quş əti və bir sıra digər kənd təsərrüfatı məhsullarının ixracı üçün də lisenziyalaşdırma tətbiq edilib.

Mövsüm

Aznews.az