- Qərb
- 29 Dekabr 2024 21:05
- 2 776
İtaliyanın bəzi qurumları rus hakerlərinin hücumuna məruz qalıb
İtaliyada bəzi rəsmi qurumların, o cümlədən Xarici İşlər Nazirliyinin və iki hava limanının internet saytları rusiyayönlü hakerlərin hədəfinə çevrilib.
İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Rusiyayönlü bir qrup İtaliyanın bəzi rəsmi qurumlarının internet saytlarına kiberhücum həyata keçirib.
Qrup Teleqramda verdiyi açıqlamada Xarici İşlər Nazirliyinin, Milanda iki hava limanının və bəzi rəsmi qurumların internet saytlarının hədəf alındığını bildirərək, “İtalyan rusofoblarına (anti-rusçuluq) layiq olduqları cavab verilir” deyib.
İtaliya rəsmiləri hücumun uçuşlara heç bir maneə törətmədiyini bildiriblər.
İtaliyada bir çox dövlət qurumları 2023-cü ilin fevral və mart aylarında eyni qrup tərəfindən kiberhücuma məruz qalıb.
Mövsüm
Aznews.az