- Qərb
- 30 Dekabr 2024 22:56
- 11 607
Erməni qız Britaniyanın kral ailəsinə ərə gedir - "Qədim xalq"ın köhnə taktikası
Kraliça II Yelizavetanın böyük qardaşının oğlu Samuel Çatto erməni əsilli sinif yoldaşı Eleanor Ekserciyanla 2025-ci ildə evlənə bilər.
AzNews.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Dedi-qodulara görə, Çatto 2021-ci ildən bəri rəssam Eleanorla görüşür.
Nəşr iddia edir ki, Kral III Çarlz qohumuna Milad bayramlarını sevgilisi ilə bütün kral ailəsinin toplanacağı yerdə Norfolkdakı Sandriqem malikanəsində keçirməyə icazə verməklə ənənəni pozmağa razılaşıb. Bukingem Sarayındakı mənbələr əmindirlər ki, kralın cütlüyün Milad ziyarətinə icazə verməsi təsadüfi deyil: "Bu, toyun 2025-ci ildə baş tutacağına aydın işarədir."
"Daily Mail" xatırladır ki, mərhum Kraliça II Yelizaveta da daha əvvəl oxşar addım atmışdı. O, 2017-ci ildə, aktrisa Meqan Markla şahzadə Harri ilə evlənməsindən beş ay əvvəl, onların Yeni il şənliklərinə qatılmasına icazə vermişdi.
AzNews.az