- Qərb
- 2 Yanvar 02:48
- 5 876
Maskın maşını Trampın oteli önündə partladı
ABŞ-ın Las-Veqas şəhərində yanvarın 20-də prezident kürsüsünə əyləşməyə hazırlaşan Donald Trampa məxsus otelin qarşısında dayanan “Tesla Cybertruck” partlayıb.
AzNews. xəbər verir ki, “Trump International Hotel”in qarşısında yerləşən “Tesla” nın elektrik yük maşını "Cybertruck" yerli vaxtla saat 08.40 radələrində bomba kimi partlayıb. Las-Veqas Polis Departamentindən Kevin McMahill keçirdiyi mətbuat konfransında avtomobildə olan bir nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirib.
Partlayışdan sonra açıqlama verən Elon Mask, "Teslanın yüksək səviyyəli komandası hazırda bu məsələni araşdırır. Nə isə öyrəndiyimiz zaman daha çox məlumat paylaşacağıq. Daha əvvəl belə bir şey görməmişdik".
AzNews.az