• Qərb
  • 4 Yanvar 10:23
  •  2 722

Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller "X"də yazıb.

O bildirib ki, səfərin məqsədi Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığın əhəmiyyətini bir daha qeyd etməkdir:

"ABŞ dövlət katibi Antoni Blinken Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini bir daha vurğulamaq üçün 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək".