- Qərb
- 6 Yanvar 09:33
- 2 004
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
"Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb.
“Bayden administrasiyası Qərbdə satış qiyməti bir barel üçün 60 dollardan çox olan Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır”, - nəşr yazır.
Agentliyin anonim həmsöhbətlərindən birinin qeyd edib ki, bu, sanksiyaların “böyük bir paketi” olacaq.
Başqa bir mənbə aydınlaşdırıb ki, yeni məhdudlaşdırıcı tədbirlər “maksimumdan yuxarı qiymətlərlə neft ticarəti ilə məşğul olan” şəxslərə təsir edəcək.
Mövsüm
Aznews.az