- Qərb
- 6 Yanvar 09:38
- 1 972
Kanadanın baş naziri Trudeau istefasını elan edəcək
Kanadanın baş naziri Castin Trüdo Kanada Liberal Partiyasının lideri vəzifəsindən istefa verəcəyini elan edə bilər.
Bu barədə Kanadanın “The Globe and Mail” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, “Trüdo bazar ertəsi Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini elan edə bilər”.
Aydınlaşdırılır ki, hazırda Trüdonun postunu dərhal tərk edəcəyi, yoxsa növbəti baş nazirin seçilməsini gözləyəcəyi məlum deyil. Qəzet onu da əlavə edib ki, o, istefasını bazar ertəsi elan etməyə bilər, lakin bu, çərşənbə günündən gec olmayaraq baş verəcək.
Mövsüm
Aznews.az