• Qərb
  • 7 Yanvar 20:10
  •  1 242

ABŞ-də qar fırtınası nəticəsində 9 nəfər ölüb

ABŞ mərkəzi hissələrindən şərqinə doğru qar fırtınası ilə mübarizə aparır.

Güclü qar, şaxta və buzlanma bir çox ştatlarda həyata mənfi təsir göstərib, nəqliyyat iflic olub.

Qar yağması nəticəsində baş verən yol qəzaları nəticəsində Virciniya ştatında 3, Missuridə 2, Kanzasda 2, Şimali Karolinada 1, Qərbi Virciniyada 1 nəfər ölüb.

Qar fırtınası səbəbindən Merilend, Virciniya, Qərbi Virciniya, Kanzas, Missuri, Kentukki və Arkanzas ştatlarında fövqəladə vəziyyət elan edilib.

Mövsüm

Aznews.az