• Qərb
  • 8 Yanvar 20:34
  •  1 143

Tramp Danimarkanı hədələdi

Tramp Qrenlandiyanın ABŞ-ın bir hissəsi olmasına razılıq verməyəcəyi təqdirdə, Danimarkanı hərbi əməliyyatlar və sanksiyalarla hədələyib.

AzNews.az xəbər verir ki, Qrenlandiya Şimali Amerikada Danimarka Krallığının bir hissəsi olan ada ölkəsidir. Adanın təxminən 56 min əhalisi var.

Xatırladaq ki, ABŞ-ın yeni prezidentinin Qrenlandiyanı ölkəsinə birləşdirmək niyyətini açıqladıqdan sonra Trampın oğlu təyyarə ilə həmin adaya gəlib.

Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Panama kanalına nəzarəti ələ keçirməyi də planlaşdırır.

AzNews.az