- Qərb
- 10 Yanvar 23:03
- 964
Reuters: NATO Trampın müdafiə çağırışını qəbul etmədi
NATO hərbi bloku ölkələri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2%-dən 5%-ə qədər artırmaq təklifi ilə razılaşmaq niyyətində deyil.
Reuters bu barədə rəsmilərin və analitiklərin rəyinə istinadən məlumat yayıb.
“Bu, cari hədəf olan 2%-dən böyük artımdır və ABŞ da daxil olmaqla, heç bir NATO ölkəsinin hazırda nail olmadığı səviyyədir”, - media qeyd edir.
Eyni zamanda, adları açıqlanmayan bir sıra məmurlar amerikalı siyasətçinin təşəbbüsünü dəstəkləməsələr də, ümumilikdə müdafiə xərclərinin artırılmasının tərəfdarıdırlar. Xüsusilə İtaliyanın müdafiə naziri Guido Crosetto-nun sözlərinə görə, blok buna baxmayaraq cari hədəfi artıracaq.
Mövsüm
Aznews.az