• Qərb
  • 11 Yanvar 23:36
  •  937

Dünya Tehrana maksimum təzyiq siyasətinə qayıtmalıdır - Trampın xüsusi nümayəndəsi

“Dünya Tehrana maksimum təzyiq siyasətinə qayıtmalıdır. Bu, İranı daha demokratik bir ölkəyə çevirmək üçün lazımdır”.

“Report” Böyük Britaniyanın “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O bildirib ki, bu təzyiq hərbi, iqtisadi və diplomatik olmalıdır.

Xüsusi nümayəndənin sözlərinə görə, İranın yaxşılığa doğru dəyişmək imkanı var.