- Qərb
- 20:17
- 865
İsveçrə Müdafiə Nazirliyinin rəhbəri martın 31-də istefa verəcəyini açıqlayıb
İsveçrə Müdafiə Nazirliyinin rəhbəri Viola Amherd bu il martın 31-də vəzifəsini tərk edəcəyini açıqlayıb.
O, bu barədə YouTube-da yayımlanan mətbuat konfransında bildirib.
“Bu gün mən Milli Şuranın Prezidentinə və Federal Şuraya 2025-ci il martın 31-də Federal Şuradan istefa verəcəyim barədə məlumat verdim”, - Amherd bildirib.
O, əlavə edib ki, 30 ildən artıq aktiv siyasi fəaliyyətindən sonra vəzifəsini növbəti namizədə təhvil verməyə hazırdır.
Mövsüm
Aznews.az