- Qərb
- 17 Yanvar 16:20
- 993
Postimees: Estoniya orduya dənizdəki təhdidlərə güclə cavab verməyə icazə verəcək
Estoniya öz ordusuna dəniz eksklüziv iqtisadi zonasında təhdidlərə güclə cavab verməyə icazə verəcək.
Bu barədə yerli "Postimees" qəzeti Estoniyanın müdafiə naziri Hanno Pevkura istinadən məlumat yayıb.
“Vəziyyətə operativ və adekvat reaksiya vermək üçün qanunvericiliyə dəyişikliklər edirik. Təhdid yaranarsa, Estoniya eksklüziv iqtisadi zonası da daxil olmaqla, bütün dəniz ərazisinə cavab verə bilər”, - nəşr Pevkuranın sözlərindən sitat gətirib.
O, əlavə edib ki, təhlükə yaranarsa, ilk növbədə yaxınlaşan gəminin kapitanı ilə əlaqə qurulacaq, ondan kursunu dəyişməsi istəniləcək və yanaşmaq təklif olunacaq. Lakin güc tətbiq etmək zərurəti yaranarsa, Estoniya Müdafiə Nazirliyinin rəhbəri müvafiq icazə verməli olacaq.
Mövsüm
Aznews.az