- Qərb
- 16:53
- 952
Avropa Rusiya enerji resurslarından tamamilə imtina edir
Avropa Komissiyası (AK) tezliklə Avropa İttifaqının (Aİ) Rusiyanın qalıq enerji resurslarından tamamilə imtina etməsi planını təqdim edəcək.
Bu barədə AK nümayəndəsi Anna-Kaisa İtkonen məlumat verib.
O, Brüsseldə keçirilən mətbuat konfransında qeyd edib ki, “AK, Aİ-nin Rusiyanın qalıq yanacaqlarından tamamilə imtina etməsi üçün yol xəritəsi üzərində işləyir”.
Onun sözlərinə görə, energetika üzrə Avropa komissarı yeni Aİ-nin ilk 100 günündə plan təqdim edəcəyinə söz verib.
Mövsüm
Aznews.az