• Qərb
  • 20 Yanvar 21:34
  •  1 106

Fransanın baş naziri Avropanı Trampa qarşı durmağa çağırıb

Avropalılar heç nə etməsələr, Fransa və Avropa İttifaqı (Aİ) ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın siyasəti ilə “əzilmiş olacaq”.

Bu barədə Fransanın Baş naziri Fransua Bayru BFMTV kanalında məlumat verib.

“Birləşmiş Ştatlar dollarla, sənaye siyasəti ilə, bütün tədqiqatlar və investisiyalarla inanılmaz dərəcədə dominant bir siyasət seçdi. Əgər heç nə etməsək, tabe ediləcək, əziləcəyik, marginallaşacağıq”,- deyə siyasətçi bildirib.

Beləliklə, siyasətçinin fikrincə, Fransa və Aİ Trampın dövlət başçısı kimi fəaliyyətə başlamasından sonra onun siyasəti şəklində beynəlxalq səviyyədə problemlə üzləşəcək. Eyni zamanda, Bayru avropalıları və Fransanı ABŞ-dən gələn təhlükə məsələsini həll etmək üçün “yenidən birləşməyə” çağırıb.

Mövsüm

Aznews.az