• Qərb
  • 22 Yanvar 21:15
  •  1 010

Avropa Parlamentindən Belarusa qarşı qətnamə: Tanımayacağıq!

Avropa Parlamenti (AP) Belarus hakimiyyətinə qarşı yeni sanksiyalar və yanvarın 26-da keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması barədə Avropa İttifaqına (Aİ) çağırışı nəzərdə tutan qətnamə qəbul edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında bildirilib.

Parlament Aİ-ni, üzv dövlətləri və beynəlxalq ictimaiyyəti səsvermədən sonra Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımamağa çağırıb.

Belarus Xarici İşlər Nazirliyi yanvarın 22-də Aİ-nin seçkilərin tanınmaması ilə bağlı əvvəlcədən hazırlanmış bəyanatının olduğunu bildirib və bunu ölkənin daxili işlərinə kobud müdaxilə adlandırıb.

AzNews.az