• Qərb
  • 23 Yanvar 21:08
  •  1 083

Daily Mail: Hər 12 londonludan 1-i qeyri-qanuni mühacirdir

Böyük Britaniyanın paytaxtı Londonda hər 12-ci sakin qeyri-qanuni miqrantdır.

Bu barədə Britaniyanın "Daily Mail" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, “Edge Analytics”in araşdırması Londonda 390 min ilə 585 min arasında qeyri-qanuni miqrantın yaşadığını ortaya çıxarıb. Belə ki, onların əksəriyyəti Böyük Britaniyaya iş, təhsil və ya ziyarətçi vizaları ilə gəlib, sonradan müddəti bitib və qalmağa davam ediblər.

Bundan əlavə, nəşr "The Daily Telegraph"ın hesabatına istinad edir, ona görə bir milyondan çox belə miqrant Böyük Britaniyada yaşayır və onların 60%-i paytaxtda yerləşir.

Mövsüm

Aznews.az