• Qərb
  • 23 Yanvar 21:23
  •  950

Pelleqrini: Mümkün siyasi təxribatların arxasında bir qrup insan dayanır

Slovakiya prezidenti Peter Pelleqrini Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra ölkədə planlaşdırılan etiraz aksiyalarının maliyyələşdirilməsinin arxasında müəyyən “bir qrup insan”ın dayandığını bildirib.

Onun çıxış videosu rəsmi YouTube kanalında yayımlanıb.

Bir gün əvvəl Slovakiyanın baş naziri Robert Fiko ölkənin kəşfiyyat orqanlarının hökumətin devrilməsi riski ilə bağlı məlumat alması səbəbindən Təhlükəsizlik Şurasının təcili iclasını yanvarın 23-nə təyin edib. Fiko daha sonra qeyd etdi ki, “xarici ekspertlər” ölkəyə gəlib və vətəndaş itaətsizliyi yolu ilə çevriliş etməyə cəhd edə bilərlər.

“Təəssüf ki, bütün bunların arxasında təşkilatların strukturu və müvafiq maliyyə axınları dayanır. Bu faktın özü təsdiqləyir ki, bu, kortəbii fəaliyyət deyil, öz hərəkətlərini bir-biri ilə əlaqələndirən, öz aralarında fəaliyyət planlayan və təəssüf ki, cəmiyyətdə bu ab-havanı gərginləşdirmək cəhdlərinin reallığını nümayiş etdirən idarə olunan bir qrup insanların planıdır",- deyə Pelleqrini vurğulayıb.

Mövsüm

Aznews.az