• Qərb
  • 24 Yanvar 19:11
  •  1 036

İrlandiyada fırtına nəticəsində 715 mindən çox ev işıqsız qalıb

İrlandiyada rekord qıran Eoun qasırğası səbəbindən 715 mindən çox ev işıqsız qalıb.

Bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

Qəzet yazır: “Qolveydə rekord sürəti 180 km/saat olan küləklər qeydə alınıb”.

Dağıdıcı küləklərin ölkə üzrə elektrik şəbəkələrinə geniş və əhəmiyyətli ziyan vurmaqda davam etdiyi bildirilir.

Nəşr qeyd edir ki, hakimiyyət orqanları sakinləri evdə qalmaları barədə xəbərdarlıq edib, çünki ağacların aşması və uçan dağıntılar səbəbindən həyat üçün təhlükə yüksəkdir.

Mövsüm

Aznews.az