- Qərb
- 25 Yanvar 23:01
- 1 903
Qrenlandiya mübahisəsi qızışır, adaya Avropa qoşunları göndərilir
Avropa İttifaqının (Aİ) Hərbi Komitəsinin rəhbəri general Robert Briger muxtar ərazi kimi Danimarkanın bir hissəsi olan Qrenlandiyada Avropa qoşunlarının yerləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
“Report” xəbər verir ki, o, bu barədə “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.
General bunun güclü siqnal ola biləcəyini və regionda sabitləşməyə töhfə verəcəyini vurğulayıb:
“Ada mühüm geosiyasi əhəmiyyətə malikdir. Orada zəngin xammal ehtiyatları var. Bundan əlavə, adadan mühüm beynəlxalq ticarət nəqliyyat marşrutları keçir”.
R.Brigerin sözlərinə görə, iqlim dəyişikliyi səbəbindən buzların əriməsi Rusiya və Çinlə müəyyən gərginlik ehtimalı yaranır.
Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına da toxunan Briger onun BMT üzvü olan bir ölkənin prezidenti olduğuna diqqət çəkib: "Güman edirəm ki, o, BMT Nizamnaməsində təsbit olunmuş sərhədlərin toxunulmazlığına hörmətlə yanaşacaq”.
AzNews.az