- Qərb
- 01:11
- 2 132
Tramp bu ölkəyə qəzəbləndi və düyməyə basdı
Prezident Donald Tramp bazar günü Kolumbiyanı sərt tənqid edib və ABŞ-ın bu ölkəyə miqrant göndərmək cəhdinin qarşısını aldığına görə ağır tariflər tətbiq edəcəyini açıqlayıb.
Tramp “Truth Social” şəbəkəsində Kolumbiya prezidenti Qustavo Petronu sənədsiz miqrantları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsinə icazə vermədiyinə görə qınayıb və ona “sosialist” damğası vurub.
AzNews.az "The Daily Beast" portalına istinadən xəbər verir ki, Tramp ABŞ Kolumbiyadan ölkəyə daxil olan bütün mallara “fövqəladə” 25 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb və əlavə edib:
- Kolumbiya hökumət rəsmiləri üçün vizalar ləğv ediləcək və səyahət qadağası tətbiq olunacaq;
- ABŞ-a gələn kolumbiyalılar üzərində gömrük yoxlamalarının gücləndiriləcək;
- Tariflər bir həftə ərzində 50 faizə qədər yüksəldiləcək.
"Petronun bu uçuşlara mane olması ABŞ-ın milli və ictimai təhlükəsizliyini risk altında qoydu" deyə Tramp yazıb.
"Bu tədbirlər yalnız başlanğıcdır" deyə Tramp xəbərdarlıq edib:
"Biz Kolumbiya hökumətinin ABŞ-ı cinayətkarlar qəbul etməsinə sürükləməyə və onları geri qaytarmaq hüququnu əngəlləməyə icazə verməyəcəyik!"
AzNews.az