- Qərb
- 27 Yanvar 20:55
- 14 614
Fransa parlamentin buraxılması qaçılmazdır - Cordan Bardella
Fransa parlamentinin buraxılması qaçılmazdır.
Bu barədə Milli Ralli partiyasının rəhbəri Cordan Bardella X sosial şəbəkəsində (keçmiş Twitter) yayımlanan mediaya müraciətində bildirib.
“Qanunvericilik baxımından mümkün olan kimi parlament seçkilərinin təyin edilməsi qaçılmazdır. Yalnız xalqa qayıdış ölkə üçün aydın və sabit çoxluğun formalaşmasına imkan verəcək”, - deyə o, bildirib.
Bardella həmçinin Fransanın baş naziri Fransua Bayru tərəfindən sosialistlər və respublikaçılar arasında əldə olunan konsensusdan “ölkədə heç kimin razı olmadığını” söyləyib.
Mövsüm
Aznews.az