- Qərb
- 1 Fevral 23:04
- 1 082
Tramp İŞİD rəhbərinin məhv edilməsi barədə tapşırıq verib
ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib.
Aznews.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb.
“Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim”, - deyə dövlət başçısı bildirib.
O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd edib.
“Zərbələr nəticəsində onların yaşadıqları mağaralar dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, Somalinin şimalında 100-200 İŞİD terrorçusu məskunlaşıb.