- Qərb
- 18:34
- 1 029
Tramp bu dəfə Cənubi Afrikaya diş qıcadı
Donald Tramp ABŞ-nin xarici siyasətində daha bir diqqətçəkən addım atıb.
Xarici yardımları kəsməyə qərar verən Tramp bu dəfə Cənubi Afrikanı hədəf alıb.
Cənubi Afrikaya yardımı kəsmək qərarı verən Tramp sosial media hesabından verdiyi açıqlamada Cənubi Afrikada torpaqların ələ keçirildiyini və əhalinin müəyyən bir hissəsinə " çox pis " rəftar edildiyini bildirib.
"Birləşmiş Ştatlar buna icazə verməyəcək, biz tədbir görəcəyik. Bu məsələ ilə bağlı təhqiqat tamamlanana qədər Cənubi Afrikaya bütün maliyyəni kəsəcəyəm", - Tramp bildirib.
Mövsüm
Aznews.az