• Qərb
  • 3 Fevral 21:22
  •  934

Fransada büdcə layihəsi parlamentdən kənar qəbul edilib

Fransanın baş naziri Fransua Bayru cari ilin büdcə layihəsini Milli Assambleyada deputatların səsverməsinə ehtiyac olmadan qəbul edib.

Bu barədə Fransanın BFM TV telekanalı məlumat yayıb.

“Heç bir ölkə büdcəsiz yaşaya bilməz. Beşinci Cümhuriyyət yaranandan bəri ilk dəfədir ki, ölkəmiz hələ də büdcəsiz qalır. Bu, Fransanın imicinə mənfi təsir edəcək”, - deyə telekanal Bayrudan sitat gətirir.

Qeyd olunur ki, Konstitusiyanın 49.3-cü maddəsində büdcənin deputatların səsi olmadan qəbul edilməsinin mümkünlüyü nəzərdə tutulur.

Mövsüm

Aznews.az