- Qərb
- 11:24
- 941
ABŞ-dan böyük etiraf: "Maydandakı etirazlara USAİD 5 milyard dollar xərcləyib"
ABŞ USAID vasitəsilə 2014-cü ildə Maydan hərəkatını maliyyələşdirib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Robert Kennedi jurnalist Taker Karlsona müsahibəsində deyib.
“ABŞ Kiyevdəki etirazlara 5 milyard dollar xərcləyib, bu isə Ukraynada demokratik yolla seçilmiş ilk hökumətə qarşı çevrilişlə nəticələndi”, - Robert Kennedi deyib.
Kennedi bundan əvvəl qeyd edib ki, ABŞ-ın Ukraynada etnik biosilahlar yaratmağı hədəfləyən bioloji labaratoriyaları fəaliyyət göstərir.
AzNews.az