- Qərb
- 12:44
- 686
Aİ komissarı: Moldova Avropa ailəsinin bir parçasıdır və biz onun yanındayıq
Moldova Prezidenti Maya Sandu Avropa Komissiyasının Genişlənmə üzrə yeni komissarı Marta Kos ilə Avropa İttifaqına üzvlük yolunda növbəti addımları müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Marta Kos sosial media hesabında paylaşım edib.
O bildirib ki, Aİ yolu Moldova xalqının güc və ambisiyasının sübutudur.
"Prezident Maya Sandu ilə görüşümdə Aİ-yə üzvlük yolunda növbəti addımları və Moldovanın müstəqil məhkəmə sistemindən tutmuş enerji müstəqilliyinə qədər dayanıqlığını Aİ-nin necə dəstəklədiyini müzakirə etdik. Moldova Avropa ailəsinin bir parçasıdır. Biz sizin yanınızdayıq", - M.Kos vurğulayıb.
AzNews.az