- Qərb
- 15:10
- 828
Keçmiş alman kansleri Şröder xəstəxanada: "Tükənmişlik sindromundan əziyyət çəkir"
Almaniyanın keçmiş kansleri Gerhard Şröder xroniki stress nəticəsində yaranan tükənmişlik və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə hökumətin keçmiş rəhbəri həkim və hüquqşünas Hans-Piter Huberə istinadən "WirtschaftsWoche" jurnalı məlumat yayıb.
"Cənab Şröder dərin tükənmə və güclü enerji çatışmazlığının tipik əlamətləri olan şiddətli tükənmişlik sindromundan əziyyət çəkir", - həkimin hesabatında deyilir.
80 yaşlı Şröderi müayinə edən həkim keçmiş kanslerin emosional stabilliyinin aşağı düşdüyünü qeyd edib. Huber Almaniya hökumətinin keçmiş başçısının pis psixoloji vəziyyətdə olduğunu və müalicə üçün müraciət etdiyini təsdiqləyib.
Mövsüm
Aznews.az