- Qərb
- 17:45
- 681
İsveçdə məktəbə hücum edilib: yaralılar var
İsveçdə atışma hadisəsindən sonra məktəbdə böyük polis əməliyyatı keçirilir.
Bu barədə "Aftonbladet" qəzeti məlumat yayıb.
Belə ki, polisin məlumatına görə, beş nəfər güllə yarası alıb, xəsarətlərin dərəcəsi məlum deyil.
Məktəbdə polis, xilasedicilər və təcili tibbi yardım briqadalarının çalışdığı bildirilir. Ərazidə yaşayanlara təhlükəsizlik üçün təhsil müəssisəsindən mümkün qədər uzaq olmaları və ya evlərində qalmaları tövsiyə olunur.
Mövsüm
Aznews.az