- Qərb
- 17:49
- 803
Fiko Slovakiyanın Aİ-dən çıxması ilə bağlı şayiələri təkzib edib
Slovakiyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı müxalifətin yaydığı bəyanatlar yalandır.
Bu barədə ölkənin baş naziri Robert Fiko siyasi partiyaların respublikanın xarici siyasət istiqamətinə dair dəyirmi masasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Müxalifətin və vətəndaş cəmiyyəti təşkilatlarının aksiyalarda yaydıqları açıq-aşkar yalandır. Slovakiya Respublikası hökuməti xarici siyasətdə passiv deyil, aktiv mövqe tutur. Dünən qeyri-rəsmi sammitdə hamımız etiraf etməli olduq ki, qalib gəlmək mümkün olmayan qlobal ticarət müharibəsi başlayıb", - deyə siyasətçi bildirib.
Slovakiya hökumətinin başçısı yaxın illərdə Avropa Birliyinin taleyinin necə olacağı ilə bağlı da proqnoz verib. O, rəqabət qabiliyyətini itirdiyinə görə Aİ-nin bəzi islahatlara getməli olduğu fikrini bildirib. Bu problemi həll etməyin yollarından biri “ixtisaslı səs çoxluğu” islahatıdır. Baş nazir vurğulayıb ki, bu halda Slovakiya “müəyyən mövqelər tutacaq”.
Mövsüm
Aznews.az