- Qərb
- 14:45
- 989
NATO və ABŞ hərbi bazalarına hücum edən haker saxlanılıb
![](https://www.aznews.az/storage/photos/hakeri-internet-cyberkriminal-shutterstock625.jpg)
İspaniyanın Alikante şəhərində NATO və ABŞ hərbi bazalarına 40-dan çox kiberhücumda iştirak edən 18 yaşlı haker həbs edilib.
Mülki Qvardiya bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
"İstintaq çərçivəsində Calpedə (Alikante) təxminən 40 dövlət və özəl təşkilatın kompüter xidmətlərinə daxil olan "təhlükəli" 18 yaşlı ispan haker həbs edilib", - Europa Press (EP) agentliyi bildirib.
Hücuma məruz qalan şirkətlər arasında Mülki Qvardiya, Dövlət Məşğulluq Xidməti, Müdafiə Nazirliyi, NATO və ABŞ Ordusu ilə yanaşı, İspaniya universitetləri, Təhsil, Peşə Təhsili və İdman Nazirliyi və digər beynəlxalq təşkilatların da olduğu vurğulanır.
Mövsüm
Aznews.az