- Qərb
- 18:30
- 959
Böyük Britaniya rus diplomatın akkreditasiyasını ləğv edib
Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatlardan birinin akkreditasiyasını ləğv edib.
Bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidmətinin saytında məlumat verilib.
“Biz Rusiya səfirini (Andrey Kelini – red.) rus diplomatının akkreditasiyasını ləğv etmək üçün yüksək rütbəli Britaniya rəsmisi ilə görüşə çağırdıq”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu tədbirlər ötən ilin noyabrında britaniyalı diplomatın Rusiyadan qovulması fonunda tətbiq edilib.
Mövsüm
Aznews.az