ABŞ casus təyyarəsindən Meksikada sirli missiya

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RC-135 Rivet Joint" kəşfiyyat təyyarəsi Meksikada Kaliforniya körfəzi üzərində sirli bir missiya yerinə yetirib.

Təyyarə Nebraskadakı Offutt Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb və bazasına qayıtmazdan əvvəl Aşağı Kaliforniya sahilləri boyunca uçub.

Ərazinin Meksikanın ən böyük və ən məşhur narkotik kartellərindən biri olan Sinaloa Kartelinin təsiri altında olduğu bilindiyi üçün uçuşun məqsədinin kəşfiyyat məlumatı toplamaq olduğu düşünülür.

Mövsüm

AzNews.az