- Qərb
- 19:23
- 1 240
NATO Trampın təhdidləri fonunda Qrenlandiyaya qoşun göndərməyi müzakirə edir - "The Daily Teleqraph"
![](https://www.aznews.az/storage/2023/11/28/natoo.jpg)
ABŞ prezidenti Donald Trampın adanın ilhaqının zəruriliyi ilə bağlı bəyanatları fonunda NATO Qrenlandiyaya qoşun göndərməyi müzakirə edir.
Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Bildirilib ki, alyans ölkələrinin nümayəndələri qeyri-rəsmi danışıqlar zamanı ABŞ-ə qarşı kollektiv müdafiə bəndindən istifadə imkanlarını müzakirə ediblər.
“Hətta Qərb hərbi alyansının qarşılıqlı müdafiə bəndi olan 5-ci maddənin ABŞ-nin NATO üzvü olan dövlətə müdaxiləsi halında tətbiq oluna biləcəyi ilə bağlı suallar qaldırılıb”, - nəşr yazır.
Mövsüm
AzNews.az