Ağ Ev sızdırdı: Covid-19 pandemiyasının arxasından USAİD çıxdı - VuhanLaba milyonlarla dollar axıdılıb

Amerika Birləşmiş Ştatlarınnın prezident iqamətgahı- Ağ Evin rəsmi saytında son dərəcə ilginc məlumatlar paylaşılıb.

AzNews.az xəbər verir ki, məlumat belədir:

"Onilliklər ərzində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) vergi ödəyiciləri qarşısında cavabdeh olmayıb. Qurum heç bir nəzarət olmadığından orada kök salmış bürokratlar gülünc və bir çox hallarda zərərli layihələrə külli miqdarda pul köçürüblər".

Ağ evin saytı bir neçə nümunə təqdim edib.

Təqdim olunan bilgilərə görə, USAİD:

  • Serbiyada transgendərlərə "iş yerlərində və biznes icmalarında müxtəlifliyin bərabərliyini və inklüzivliyini inkişaf etdirmək" adı altında 1,5 milyon dollar;
  • İrlandiyada “DEI musiqisi” üçün 70.000 dollar
  • Vyetnamda elektrikli avtomobillər üçün 2,5 milyon dollar
  • Kolumbiyada “transgender operası” üçün 47.000 dollar
  • Peruda "transgender komiks" üçün 32.000 dollar
  • Qvatemalada cinsiyyət dəyişikliyi və “LGBT fəallığı” üçün 2 milyon dollar
  • Misirdə turizmi maliyyələşdirmək üçün 6 milyon dollar
  • Talibanın xeyrinə “Əfqanıstanda misli görünməmiş xaşxaş becərilməsi və heroin istehsalını dəstəkləmək üçün istifadə edilən suvarma kanallarını, əkinçilik avadanlığını və hətta gübrələri” maliyyələşdirmək üçün yüz milyonlarla dollar;
  • İnkişaf etməkdə olan ölkələrdə "fərdiləşdirilmiş" kontraseptivlərin doğuma nəzarət cihazlarının istehsalı üçün külli miqdarda maliyyə ayırıb.

Ağ Evin yaydığı siyahıda əsl sensassiya isə Vuhan laboratoriyasında- Çin Elmlər Akademiyasının Vuhan Virusologiya İnstitutundakı araşdırmalara qatılan "EcoHealth Alliance"-a milyonlarla dollar ödənməsidir.

Xatırladaq ki, COVİD-19 virusu dünyaya məhz bu laborotoriyadan yayılmış, bir çox ölkələrin iqtisadiyyatından orta təbəqəni çökdürən koronovirus pandemiyaya səbəb olmuşdu. Odur ki, bu məlumatın sızdırılması pandemiyanın arxasında məhz USAİD olduğu ehtimallarını olduqca ciddi şəkildə ortaya qoyub.

Mövsüm,

AzNews.az