• Qərb
  • 10 Fevral 17:49
  •  1 183

Le Pen: Trampın qələbəsi Aİ-nin siyasi səhvlərinin ifşasını sürətləndirdi

Donald Trampın ABŞ- də prezident seçkilərində qalib gəlməsi Avropa İttifaqı (Aİ) siyasətçilərinin çox güman ki, buraxdığı səhvlərin ifşasını sürətləndirib.

Bunu Fransanın sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen İspaniyanın “El Debate” qəzetinə müsahibəsində deyib.

“ABŞ kütləvi şəkildə yenidən sənayeləşməni necə həyata keçirəcəyi və enerji qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salacağı barədə danışarkən, biz Avropa enerji qiymətlərini artırır, nüvə enerjisinə qarşı müharibə aparır və yaşıl kurs həyata keçiririk. Bu, ölkələrimizin sənayesizləşdirilməsinin, eləcə də kənd təsərrüfatı sektorlarımızın zəifləməsinin əsasını təşkil edən bütöv bir sıra standartlardır",- deyə Le Pen qeyd edib. Müsahibə siyasətçinin YouTube kanalında dərc olunub.

O, həmçinin qeyd edib ki, Aİ səhv etməkdə davam edəcək, ona görə də Avropa siyasətinin istiqamətini kollektiv şəkildə dəyişmək lazımdır. Le Pen vurğulayıb ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ-ni arzu olunan inkişaf kursuna qaytarmaq iqtidarında deyil.

Mövsüm

AzNews.az