- Qərb
- 10 Fevral 17:54
- 1 464
Ukraynalılar kütləvi şəkildə Polşanı tərk edərək Almaniyaya köçməyə başlayıblar
Ukraynalı qaçqınlar kütləvi şəkildə Polşanı tərk edərək Almaniyaya getməyə başladılar.
"InPoland" bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadən məlumat yayıb.
“Avropa Statistika İdarəsinin son məlumatları Ukrayna vətəndaşlarının Polşadan Almaniyaya miqrasiya axınının əhəmiyyətli dərəcədə artdığını göstərir. Almaniya 150 mindən çox adamla Polşanı qabaqlayaraq Avropa İttifaqında ukraynalı qaçqınlar üçün ən arzuolunan yerə çevrilib”, – nəşr yazır.
Eurostat-ın məlumatına görə, 2024-cü ilin sonunda Almaniyada 1,14 milyondan çox ukraynalı yaşayır. Eyni zamanda, Polşadakı ukraynalı qaçqınların sayı təxminən 983 min nəfərə qədər azalıb. Halbuki 2022-ci ildə bu rəqəm 1,3 milyon nəfəri keçib.
Mövsüm
AzNews.az