ABŞ ordusu Rusiya ilə sərhəddə yerləşdirildi

ABŞ ordusunun bölməsi Estoniyada Rusiya ilə sərhəd yaxınlığında yerləşən Rido hərbi bazasına yerləşdirilib.

Bu barədə Estoniyanın ERR telekanalı Estoniya Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

“Vöru şəhəri yaxınlığındakı Rido bazasında keçirilən təntənəli tədbirdən sonra ABŞ ordusunun 7-ci süvari alayının 5-ci eskadronu Ridoya yerləşdirilib və Estoniya Silahlı Qüvvələrinin 2-ci Piyada Briqadasına təyin edilib”, - nəşr yazır.

Nəşrin məlumatına görə, alayın xidməti sentyabr ayına qədər davam edəcək. Bundan əlavə, bölmənin "ən müasir avadanlıqlarla" təchiz edildiyi qeyd olunur. ERR xəbər verir ki, bu batalyon kəşfiyyat batalyonudur və bütün təlimlərdə iştirak edəcək.

Mövsüm

Aznews.az